SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Bu şəxs “Xankəndi” FK-ya rəhbərlik edəcək - FOTO

Bu şəxs “Xankəndi” FK-ya rəhbərlik edəcək - FOTO

  • 12 avqust 2026, 19:19
Xankəndi

Azərbaycanda daha bir klubun Müşahidə Şurası yaradılıb.

“Xankəndi” futbol klubunda idarəetmə strukturunun təkmilləşdirilməsi istiqamətində növbəti addım atılıb.

Yurd.Media xəbər verir ki, bölgə təmsilçisinin Ümumi Yığıncağının qərarı ilə Müşahidə Şurası yaradılıb.

Şuranın sədri vəzifəsinə Elgün Səmədov seçilib.

Onun rəhbərliyi ilə Müşahidə Şurasının klubun dayanıqlı inkişafı, peşəkar idarəetmə modelinin formalaşdırılması və “Xankəndi”nin Azərbaycan futbolunda mövqeyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərəcəyi bildirilib. //Metbuat.az 

Elgün SəmədovElgün Səmədov

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları