SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Sabah  Çempionlar Liqasının Pley-off mərhələsində

"Sabah" Çempionlar Liqasının Pley-off mərhələsində

  • 11 avqust 2026, 21:53
Bakı

Azərbaycan təmsilçisi UEFA Çempionlar Liqasının pley-off mərhələsinə adlayıb.

Yurd.Media xəbər verir ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Sabah" Danimarkanın "Orhus" komandasını qəbul edib.

Masazırdakı "Bank Respublika Arena"da keçirilən oyunda Azərbaycan çempionları 4:0 hesabı ilə qalib gəliblər. Oyunun 58-ci dəqiqəsində Velko Simiç fərqlənib, 67-ci dəqiqədə isə Stiv Solvet başla dəqiq oynayıb, 78-ci dəqiqədə Coy-Lens Mikels, 89-cu dəqiqədə isə Xander Severina fərqləniblər.

Qeyd edək ki, komandalar arasında ilk matç Danimarka təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları