SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

  • 15 avqust 2026, 20:13

Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) qızıl medal qazanıb.

Yurd.Media xəbər verir ki, yarışda yarımfinal mərhələsində Böyük Britaniyanı təmsil edən Daniel English ilə qarşılaşan İlham Zəkiyev rəqibinə ipponla qalib gələrək finala yüksəlib.

Final görüşündə isə ispaniyalı Qarros Suarez üzərində ipponla qələbə qazanan idmançı Avropa çempionu tituluna sahib olub.

Bu nəticə ilə İlham Zəkiyev karyerasında 10-cu dəfə Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, qitə çempionatında daha əvvəl Saleh Sultanov (J1, 81 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) bürünc medal qazanıblar.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları