Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə start verilib.
Yurd.Media xəbər verir ki, I turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında “Araz-Naxçıvan” “İmişli” ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 18:30-da başlayacaq. Qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq.
Digər oyunda “Sabah” “Kəpəz”i qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək matçın start fiti saat 20:45-də səslənəcək. Görüşü Fərid Hacıyev idarə edəcək.