SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Sabah Çempionlar Liqasının ƏSAS MƏRHƏLƏSİNDƏ

"Sabah" Çempionlar Liqasının ƏSAS MƏRHƏLƏSİNDƏ

  • 25 avqust 2026, 23:22

Azərbaycanın "Sabah" futbol klubu Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Yurd.Media xəbər verir ki, UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off turunun cavab qarşılaşmasında "Sabah" İsrail klublarından "Hapoel"i (Beer-Şeva) qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda qonaqlar 10-cu dəqiqədə fərqləniblər. Qolun müəllifi İqor Zlatanoviç olub.

38-ci dəqiqədə isə Azərbaycan komandası hesabı bərabərləşdirib - Kristian Nvaçuvku fərqlənib.

İlk hissə 1:1 hesabı ilə yekunlaşıb.

İkinci hissədə "Hapoel" "Sabah"la oyunda yenidən hesabda önə keçib.

Qonaqların qolunu 61-ci dəqiqədə Guy Qizrahi vurub.

76-cı dəqiqədə Umarali Rahmanaliyev fərqlənərək hesabı yenidən bərabərləşdirib. 

Oyunun əlavə olunmuş sonuncu dəqiqəsində isə Tellur Mütəllimovun qolu ilə "Sabah" oyunda 3:2 hesabı ilə irəli çıxıb.

İki oyunun nəticəsinə görə, hesab bərabərləşib - 4:4.

Ümumi hesabda qalibi müəyyənləşdirmək üçün qarşılaşmada əlavə vaxt oynanılıb.

Rumıniyalı baş hakim İştvan Kovaçın idarə etdiyi matçın 101-ci dəqiqəsində Orfe Embina fərqlənib, 114-cu dəqiqədə isə Coy-Lens Mikels qol vurub və hesab 5:2 olub.

İki oyunun nəticəsinə görə 6:4 hesabı ilə üstün olan "Sabah" ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə adlayıb. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları