SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Milliləşdirilmiş əcnəbi futbolçuların ürəyi Azərbaycanla döyünə bilməz - VİDEO

"Milliləşdirilmiş əcnəbi futbolçuların ürəyi Azərbaycanla döyünə bilməz" - VİDEO

Bu gün Azərbaycanda milli komandanın 70 faizini  demək olar ki, milliləşdirilmiş əcnəbi futbolçular təşkil edir.

Bunu futbol üzrə Azərbaycan milli yığmasının kapitanı olmuş Tərlan Əhmədov Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında "Yurddaş" verilişində müsahibəsində səsləndirib.

"Mənim ürəyim Azərbaycanla döyünür. Təsəvvür edək ki, mən hər hansı bir xarici məkanda yığma komandada oynayıram. Buna baxmayaraq, mən yenə də öz ölkəmi istəyərəm, heç vaxt öz ölkəmə qoyduğum canı,  heç bir yerdə qoya bilmərəm".

T. Əhmədov qeyd edib ki, millidə oynayan əcnəbi futbolçular üçün bu sadəcə reklam xarakteri daşıyır:

"Öz karyeralarında irəliləyişə nail olmaq üçün, başqa ölkələrin milli  yığma komandalarında oynayırlar. Çünki, hər hansı bir kluba keçəndə, artıq milli yığma komanda da oynanıldığı göstərilir".

Onun sözlərinə görə, klubda oynayan futbolçularla, millidə oynayan futbolçular arasında fərq böyükdür:

"Klubda daha çox can yandırırlar, çünki maaş var, inkişaf orada gedə bilər. Milli yığma komanda da isə belə deyil. Ona görə də biz problem yaşayırıq".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları