"Kəpəz" futbol klubunun Azərbaycan Premyer Liqası oyunlarını doğma şəhərində oynayacağı vaxt açıqlandı.
Yurd.Media "Report"a istinadən xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov Gəncə şəhər stadionunun aprel-may ayında "Kəpəz" klubunun ixtiyarına veriləcəyini bildirib.
O, arenanın ot örtüyünün hazır vəziyyətə gətirilməsinin hava şəraiti ilə bağlı olduğunu diqqətə çatdırıb:
"Dəqiq tarix demək bir az çətindir. Amma yəqin ki, bu, aprel-may aylarına təsadüf edəcək və stadion oyunlar üçün hazır vəziyyətə gətiriləcək. Bu, hava şəraitindən asılı olan məqamdır. Biz gözləməliyik. Gəncə şəhər stadionu müasir standartlara cavab verir. Orada azarkeşlər və futbolçular üçün yaxşı şərait var. Futbol oynamaq, izləmək üçün hər şey yaxşı səviyyədə qurulub. Azərbaycanda ən yaxşı futbol stadionlarından biridir. Biz də orada oyunların tez olmasını istəyirik. Amma aprel-may aylarını gözləməliyik. Komandanın həmin vaxt orada oynaya bilməsi üçün çalışırıq".