SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Azərbaycan şahmatçıları növbəti sınaq qarşısında

Azərbaycan şahmatçıları növbəti sınaq qarşısında

  • 17 sentyabr 2026, 15:29

Ötən gün inamlı qələbələr qazanan Azərbaycan şahmatçıları növbəti oyunlarına çıxacaqlar.

Yurd.Media xəbər verir ki, Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər.

"Report"un məlumatına görə, kişilərdən ibarət komanda II turda Filippinlə üz-üzə gələcək.

Qadınlardan ibarət kollektiv isə Danimarka ilə qarşılaşacaq.

Təmsilçilərimiz I turda müvafiq olaraq Mərakeş və Qvatemala yığmalarına 4:0 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq. Turnirdə 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.

Skat.az - Ev və Avtomobil elanları