SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Zülfiyyə Hüseynova Cüdo Federasiyasının yaratdığı problemləri açıqladı: Məni zala buraxmır - VİDEO

Zülfiyyə Hüseynova Cüdo Federasiyasının yaratdığı problemləri açıqladı: "Məni zala buraxmır" - VİDEO

  • 26 dekabr 2025, 22:04

Veteran cüdoçu Zülfiyyə Hüseynova Azərbaycan Cüdo Federasiyasının ona yaratdığı problemlərdən danışıb.

Yurd.Media xəbər verir ki, məşhur cüdoçu, sambo üzrə 5 dəfə Dünya Çempionatlarının, 2 dəfə isə Avropa Çempionatlarının qalibi olan idmançı jurnalist Səidə Bəkirqızına verdiyi müsahibədə bildirib ki, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu onu zala buraxmır:

“Cənab prezident İlham Əliyevə məktub yazdım və məktubuma cavab gəldi ki, Zülfiyyə Hüseynovanı işlə təmin edin. Həmin məktub gələndən sonra Azərbaycan Cüdo Federasiyasından Rəşad Rəsullu bildirdi ki, sənə uyğun hələlik iş yoxdur. Yəqin mən ondan hansısa banka müdir qoymağı istəmişəm, o da məni yəqin bankir etmək istəməyib".

İdmançı şikayət edəcəyini bildirəndə Rəşad Rəsullu zala buraxmayacağı ilə hədələyib:

"Ona bildirdim ki, bu zal nə sənin dədənin zalıdı, nə də məim dədəmin. Mən zalda olarkən mənə bildirdilə ki, artıq rəhbərlik tapşırıb ki, zala kənar şəxslər buraxılmasın. Bəli, məni zala buraxmadılar. Yəqin ki, o zalı onun atası tikib, onun özəl zalıdı, dövlət tikməyib. O zaman ora 16 milyon dövlət büdcəsindən niyə xərclənib ki, ora da Rəşad Rəsullunun özəl zalı olub”.

Zülfiyyə Hüseynova Cüdo Federasiyasının yaratdığı problemləri açıqladı: "Məni zala buraxmır" - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları