SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Bölgə stadionları U-20 futbol üzrə dünya çempionatını qəbul edəcək

Bölgə stadionları U-20 futbol üzrə dünya çempionatını qəbul edəcək

  • 26 dekabr 2025, 21:13

Bakı və Sumqayıtla yanaşı Gəncə, Qəbələ və Xankəndi də U-20 futbol üzrə dünya çempionatını qəbul edəcək.

Yurd.Media Prosport.Az-a istinadən xəbər verir ki, 2027-ci ildə Özbəkistanla şərikli keçiriləcək 20 yaşadək (U-20) futbolçular arasında dünya çempionatının (DÇ) Azərbaycanda hansı stadionlarda baş tutacağı bəlli olub.

Bakıda məkanın Bakı Olimpiya Stadionu (BOS) və Tofiq Bəhramov adına Respublika stadionu olması yönündə müzakirələr gedir. BOS U-20-lərin DÇ-sində tamaşaçı doldurmaq üçün kifayət qədər böyük olduğundan, 2-ci variant da müzakirə olunur.

Sumqayıtda Mehdi Hüseynzadə adına şəhər stadionu, Qəbələdə şəhər stadionu, Gəncədə yeni açılmış və hələ qazonu üzərində iş görülən Gəncə stadionu və Xankəndidə şəhər stadionu dünya çempionatı üçün nəzərdə tutulub.

Lakin Xankəndidəki stadionda məşq üçün ehtiyat meydançaların olmaması burada oyunun keçirilməməsi üçün səbəb ola bilər. Hər halda, ehtiyat meydançalar salınsa, burada da oyunlar keçiriləcək.

Qeyd edək ki, dekabrın 15-də Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da daxil edilib.

Onu da bildirək ki, FIFA oktyabrın 2-də keçirdiyi iclasında U-20 DÇ-nin Azərbaycan və Özbəkistana verilməsini təsdiqləyib. Mundialda 24 komandanın 6 qrupda mübarizə aparması gözlənilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları