SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Yevlaxda kafedə YANĞIN: Ağır xəsarət alan var

Yevlaxda kafedə YANĞIN: Ağır xəsarət alan var

  • 24 fevral 2026, 21:02

Yevlaxda kafedə yanğın olub, ağır xəsarət alan var.

Yurd.Media xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 230 kvadratmetr olan kafedə yanğın olub. 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yevlax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Hadisə nəticəsində yanıq xəsarətləri alan 1969-cu il təvəllüdlü Ruslan Sadıqov öncə Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

Onun vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən xəstəxanlardan birinə göndərilib. 

İlkin məlumata görə, kafedə qaz balonu partlayıb. Yanğın da ondan qaynaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları