SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
BakuBus avtobusunda YANĞIN - Sərnişinlər təxliyyə olundu

"BakuBus" avtobusunda YANĞIN - Sərnişinlər təxliyyə olundu

  • 16 aprel 2026, 09:39
Bakı

Bugün səhər saatlarında Bakıda "BakuBus" avtobusunda yanğın qeydə alınıb.

Yurd.Media xəbər verir ki, yanğın İnşaatçılar prospektində, Dövlət Statistika Komitəsinin yaxınlığındakı dayanacaqda qeydə alınıb.

"BakuBus" MMC-yə məxsus 99-JU-824 dövlət nömrə nişanlı avtobus alışıb. 

Sosial şəbəkələrdə məlumat yazan hadisə şahidləri sərnişinlərin avtobusdan düşürüldüyünü qeyd edirlər.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları