SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Məktəbdə şagirdlər hazırladığı qidadan zəhərləndilər

Məktəbdə şagirdlər hazırladığı qidadan zəhərləndilər

  • 09 oktyabr 2026, 22:42
Beyləqan

Məktəbdə şagirdlərin özlərinə yemək hazırlaması baha başa gəlib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.

İlkin araşdırmaya əsasən, hadisə şagirdlərin “Texnologiya” dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib. Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Skat.az - Ev və Avtomobil elanları