Gəncə 4 avtomobilin toqquşması nəticəsində zəncirvari avtomobil qəzası olub.
Yurd.Media xəbər verir ki, hadisə şəhərin Bayraq Meydanı ərazisində qeydə alınıb.
Belə ki, "BMW", "Hundai", "Ford" və "VAZ" markalı avtomobillər toqquşub.
Zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində, 1993-cü il təvəllüdlü N.Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.