SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Yasa gedərkən qəzaya düşdülər, sürücünü xilasedicilər çıxardı - VİDEO

Yasa gedərkən qəzaya düşdülər, sürücünü xilasedicilər çıxardı - VİDEO

  • 30 may 2026, 16:21
Oğuz

Oğuz rayonunda yasa gedən şəxslər qəzaya düşüblər, sürücünü maşından xilasedicilər çıxarıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya bildirilib ki, “112” qaynar telefon xəttinə Oğuz rayonu, Bayan kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1994-cü il təvəllüdlü A.Əmiraslanov xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə zamanı həmçinin sərnişin, 1981-ci il təvəllüdlü Sevinc Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Məlumata görə, onlar Şəkiyə yas mərasimində iştirak etmək üçün gedirlərmiş.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Yasa gedərkən qəzaya düşdülər, sürücünü xilasedicilər çıxardı - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları