SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Xocavənddə mina təmizləyən şəxs minaya düşərək xəsarət alıb

Xocavənddə mina təmizləyən şəxs minaya düşərək xəsarət alıb

  • 02 avqust 2026, 16:32
Xocavənd

Xocavənd rayonunda mina hadisəsi baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Yurd.Media-ya bildirilib ki, hadisə avqustun 2-də Xocavənd rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunan özəl şirkətlərdən birinin əməkdaşı, 1985-ci il təvəllüdlü Əhəd Əhədov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.

Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxs rayon mərkəzi xəstəxanasına təxliyə edilib. ANAMA-nın məlumatına əsasən, onun vəziyyəti qənaətbəxşdir, həyatı üçün təhlükə yoxdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları