SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Xocalıda 25 yaşlı gənc minaya düşdü

Xocalıda 25 yaşlı gənc minaya düşdü

  • 18 fevral 2026, 12:11
Xocalı

Xocalıda 25 yaşlı gənc minaya düşüb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Yurd.Media-ya bildirilib ki, bugün işğaldan azad edilmiş Xocalı rayonu Muxtar kəndi ərazisində mina hadisəsi baș verib.

Məlumata görə, Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Çobanov Vasif Fizuli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində əməkdaş sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb.

Vasif Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları