Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Bəcirəvan kəndində "VAZ-21015" markalı avtomobillə "Mercedes" markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə sonuncu idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.
"TƏBİB"dən Yurd.Media-ya bildirilib ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar 10 nəfər (8 kişi, 2 qadın) saat 15:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
"Vəziyyəti stabil qiymətləndirilən 9 nəfər (7 kişi, 2 qadın) ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin (kişi) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda qeyd olunub.