SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Sərxoş halda polis bölməsində dava salan müəllim həbs olundu

Sərxoş halda polis bölməsində dava salan müəllim həbs olundu

  • 11 oktyabr 2025, 22:04
Gədəbəy

Gədəbəy rayon Parakənd kənd tam orta məktəbinin müəllimi Abbas Muradov inzibati qaydada həbs edilib.

Yurd.Media xəbər verir ki, onun qonşusu, Gədəbəy rayonu, Leşkər kənd sakini Azad Quliyevin yaşadığı evdə oğurluq hadisəsi baş verib və Azad Quliyev Abbas Muradovdan şübhələndiyini bildirib.

A.Muradov sözügedən oğruluq hadisəsi ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsinə (RPŞ) dəvət edilsə də o telefona cavab verməyib və həmin gün məktəbə getməyib. Ona görə də, polis əməkdaşları onun yaşadığı ünvana yollanıblar. A.Muradov yaşadığı ünvanda sərxoş vəziyyətdə olub, polis əməkdaşları onu Gədəbəy RPŞ-yə gətiriblər.

A.Muradov polis şöbəsinin həyətində siqaret çəkmək istəyib. Polis əməkdaşları ona polis şöbəsinin inzibati binasında və həyətində siqaret çəkməyə icazə olmadığını izah ediblər. Bu zaman A.Muradov səs-küy salmağa və yersiz ifadələr işlətməyə başlayıb. Polis əməkdaşları A.Muradovu sakitləşdirməyə çalışsalar da oğurluq hadisəsi ilə bağlı gətirildiyinə görə, barəsində şikayət verən şəxsə (Azad Quliyev) və onlara (polislər) qarşı nalayiq ifadələr işlədib.

Gədəbəy Rayon Məhkəməsinin qərarına görə, A.Muradov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən təqsirli bilinərək, beş gün müddətinə inzibati qaydada həbs edilib.

Prime Leasing