SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Şərurda minik avtomobili qaz xəttinə çırpılıb

Şərurda minik avtomobili qaz xəttinə çırpılıb

  • 27 sentyabr 2025, 19:05
Şərur

Şərur rayonunun Dizə kəndində minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində boru zədələnib.

Yurd.Media xəbər verir ki, qəza səbəbindən Dizə və Oğlanqala kəndlərində 801 abonentin qaz təchizatı dayandırılıb.

Təhlükəsizlik məqsədilə hadisə baş verən andan etibarən əraziyə qazın verilişi kəsilib. Bərpa işlərinin qısa müddətdə yekunlaşdırılacağı və təchizatın bərpa olunacağı nəzərdə tutulur.

Hadisə zamanı xəsarət alan olmayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları