SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Şəmkirin kəndində su kəməri partlayıb, ərazini su basıb

Şəmkirin kəndində su kəməri partlayıb, ərazini su basıb

  • 29 avqust 2025, 12:12
Şəmkir

Şəmkirin Yeniabad kəndində su kəmərində qəza baş verib.

Yurd.Media xəbər verir ki, bu gün səhər saatlarında baş verən qəza nəticəsində ərazini su basıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, Şəmkir Maşın-Kanal 2-ci pillə nasos stansiyasının 2-ci kilometrində hidro təzyiq nəticəsində metalın aşınması boruda qəzaya səbəb olub:

"Qəzanın baş verdiyi andan etibarən Şəmkir Maşın-Kanalının İstismarı İdarəsi tərəfindən dərhal tədbirlər görülüb və qəza aradan qaldırılıb. Hazırda borunun təmiri və bərpası istiqamətində işlər davam etdirilir".

Məlumatda bildirilib ki, boru vasitəsilə ötürülən su suvarma məqsədilə istifadə olunur və qəza nəticəsində nə əkin sahələrinə, nə də mülki şəxslərə hər hansı zərər dəyməyib:

"Ətrafa axan su nasos stansiyanın suqəbuledici qurğusuna istiqamətlənib".

Prime Leasing