Şəmkirdə mübahisə zəminində qətl törədilib.
Yurd.Media xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.
Belə ki, mübahisə zəminində Şəmkir rayon sakini, 2007-ci il təvəllüdlü Ramal Quliyev bıçaqlanıb. O, ağır halda xəstəxanaya çatdırılsada onun dünyasını dəyişdiyi məlum olub.
Hadisəni törətməkdə şübhəli bilinən isə 2010-cu il təvəllüdlü F.Paşazadədir. O, polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.