Cəlilabad şəhəri ərazisində ağır zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Yurd.Media xəbər verir ki, ilkin məlumatlara görə, qəza hərəkətdə olan "Vaz 21011" markalı avtomobilin manevr edərək dönmə əməliyyatı yerinə yetirdiyi zaman baş verib. Belə ki, arxadan gələn "Mercedes" markalı nəqliyyat vasitəsinin ona çırpılıb.
Zərbənin gücündən toqquşan maşın yoldan çıxaraq əks istiqamətdən gələn "VAZ 2106" markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində 4 nəfər- Mirzəzadə Fatimə (2010), Mirzəzadə Cəlal (1980), Quliyev Elçin (1979), Məmmədova Şəfa (2010) xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
