SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Abşeron rayonunda gənc qız qumbara partlamasından həyatını itirib

Abşeron rayonunda gənc qız qumbara partlamasından həyatını itirib

  • 15 sentyabr 2026, 21:21
Abşeron

Abşeron rayonunda fərdi yaşayış evində əl qumbarasının partlaması gənc Xədicə Mustafayevanın ölümü ilə nəticələnib.

Baş Prokurorluqdan Yurd.Media-ya bildirilib ki, Xırdalan şəhərində 19 yaşlı qızın partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bildirilib ki, sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Skat.az - Ev və Avtomobil elanları