Yevlaxda ahıl qadın binanın 4-cü mərtəbəsindən yıxılaraq ölüb.
Yurd.Media xəbər verir ki, Kəlbəcər rayon sakini, 1935-cü il təvəllüdlü Qərənfil Məmmədova Yevlax şəhərində binanın 4-cü mərtəbəsindən yıxılıb.
O, ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, mərhum birinci Qarabağ döyüşlərində şəhid olan Yunis Mamedovun həyat yoldaşı olub.
Faktla bağlı araşdırma aparılır.