SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Lənkəranda ağır qəza: Ölən və xəsarət alanlar var

Lənkəranda ağır qəza: Ölən və xəsarət alanlar var

  • 16 sentyabr 2026, 23:21
Lənkəran

Lənkəranda ağır qəza olub. 

Yurd.Media xəbər verir ki, hadisə Ələt-Astara magistralnda qeydə alınıb. 

Belə ki, Astara istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı sərnişin avtomobili İran İslam Respublikasına gedən TIR markalı iri tonnajlı yük avtomobilinin arxasına çırpılıb. 

Qəza nəticəsində ölən və xəsarət alanların olduğu deyilir. Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Nəqliyyat vasitəsində sıxılıb qalan meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Skat.az - Ev və Avtomobil elanları