SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Şəmkirdə kəsik yaraları alan 12 yaşlı qız xəstəxanada ölüb

Şəmkirdə kəsik yaraları alan 12 yaşlı qız xəstəxanada ölüb

  • 24 iyul 2026, 22:13
Şəmkir

Şəmkirdə 12 yaşlı qız yaralı halda aparıldığı xəstəxanada dünyasını dəyişib.

Yurd.Media xəbər verir ki, rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə.Namazova kəsici-deşici alətlə aldığı xəsarətdən xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, yeniyetmə qızın valideynləri onun itkin düşməsi ilə bağlı polisə məlumat verib. Bir müddət sonra o özlərinə məxsus həyətyanı sahədə yaralı halda tapılıb və xəstəxanaya çatdırılıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

Skat.az - Ev və Avtomobil elanları