Şəmkirdə divar 2 nəfərin üzərinə uçub.
Yurd.Media xəbər verir ki, hadisə rayonun Yeni Yol kəndində qeydə alınıb.
Divarın uçması nəticəsində mişar daşlarının altında qalan, Göygöl rayon sakini, 1982-ci il təvəllüdlü İ.Quliyev aldığı xəsarətlərdən dünyasını dəyişib. Şəmkir rayon sakini, 1973-cü il təvəllüdlü Ə.Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bədbəxt hadisə quyu qazılan zaman başverib.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.