Şəmkirdə ağır avtomobil qəzası olub.
Yurd.Media xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ-2106" və "KİA" markalı avtomobillərin toqquşması nəticəsində 3-ü az yaşlı olmaqla 5 nəfər aldıqları xəsarətdən dünyalarını dəyişib.
Ölənlər 1981-ci il təvəllüdlü A.Aslanov, İlahə Məmmədova (1988), Elvin Məmmədov (2009), Hicran Həmzəyeva (1992), Zəhra Vəliyeva (2018)
Xəsarət alanlar isə 2021-ci il təvəllüdlü Qoşqar Aslanov, Zeynab Vəliyeva, Aygün Cəfərova, Zəminə Hüseynova, Seymur Hüseyinli və Elnur Hüseynovdur.
Faktla bağlı araşdırma aparılır.