SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Şəkidə yeniyetmə qızını zorla nişanlandıran kişi həbs edildi

Şəkidə yeniyetmə qızını zorla nişanlandıran kişi həbs edildi

  • 04 may 2026, 22:31
Şəki

Şəkidə yeniyetmə qızını zorla nişanlandırmaq istəyən kişi həbs edildi.

Yurd.Media xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı Şəki rayon sakini 16 yaşına çatmayan şəxsin valideyni tərəfindən nişanlanmaya cəlb edildiyi faktı müəyyən edilib.

Bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlu məlumat verib.  

Qeyd edilib ki, məsələ ilə bağlı məlumat dərhal Şəki Şəhər-Rayon Polis Şöbəsinə ötürülüb. Polis əməkdaşları tərəfindən valideyn barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsinə əsasən protokol tərtib edilərək, materiallar baxılması üçün Şəki Rayon Məhkəməsinə təqdim olunub.

İşə məhkəmədə baxılarkən müvafiq qurumların nümayəndələrinin və digər prosessual şəxslərin iştirakı ilə məsələyə hüquqi qiymət verilib. Nəticədə valideyn qeyd olunan maddə üzrə təqsirli bilinərək 1 ay müddətinə inzibati həbs edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları