SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Şəkidə dağda köməksiz qalanlar belə xilas edildi - VİDEO

Şəkidə dağda köməksiz qalanlar belə xilas edildi - VİDEO

  • 11 may 2026, 09:54
Şəki

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Şəki rayonunda dağlıq ərazidə iki nəfərin yolunu azması və köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Yurd.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri axtarış-xilasetmə əməliyyatına cəlb olunub.

Gecə saatlarında keçirilmiş əməliyyat nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağlıq ərazidə azmış vətəndaşlar tapılaraq xilas olunublar.

Şəkidə dağda köməksiz qalanlar belə xilas edildi - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları