SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Saniyələrin hökmü: İşıqforun yanıb-sönən işığında hərəkətin faciəvi nəticəsi - VİDEO

Saniyələrin hökmü: İşıqforun yanıb-sönən işığında hərəkətin faciəvi nəticəsi - VİDEO

  • 04 may 2026, 14:37
Bakı

İşıqforun qırmızı rəngli işığının yanıb-sönməsi və ya sarı rəngli işıqda avtomobillərin hərəkətə gətirilməsi bir sıra hallarda faciə ilə nəticələnir.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Yurd.Media-ya bildirilib ki, yol-nəqliyyat hadisələrinin baş verməsi bəzən bəzi sürücülərin yollarda tələskənliyi səbəbindən olur.

Sürücülərə olunan müraciətdə qeyd olunur ki, xüsusilə də işıqforun yaşıl işıq siqnalı tam yanmadan, həmçinin qırmızı işıq siqnalının yanmasına saniyələr qalmış sarı işıq siqnalında hərəkətə başlamaq qəzanın baş verməsi ilə nəticələnir:

"Belə sürücülərə bir daha xatırladırıq ki, işıqforun qırmızı rəngli işığının yanması və ya yanıb-sönməsi siqnalı hərəkəti qadağan edir. Bundan əlavə, sarı rəngli işığın yanması hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir.Hərəkət etmək üçün isə yaşıl rəngli işıq siqnalını gözləmək lazımdır. Unutmayaq ki, işıqforun siqnallarına riayət etmək “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsi ilə məcburidir".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları