Salyan rayonu Qaraçalı kəndi ərazisində yüksək gərginlikli elektrik xəttinin qırılaraq yerə düşməsi nəticəsində heyvanları cərəyan vurub.
Yurd.Media xəbər verir ki, hadisə ilə bağlı müvafiq qurumlara xəbər verilsə də, geri dönüş edilməyib.
Kənd sakini Famil Məmmədov "Xəzər Xəbər"-ə açıqlamasında elektrik xəttinin qırılması nəticəsində heyvanlarını cərəyan vurduğunu və naqilin hələ də dirəkdən asılı vəziyyətdə olduğunu bildirib:
"Avqustun 25-i səhər saat 9-da elektrik xətti qırılaraq, yerə düşdü. Bir qoyun, bir keçi və bir itim öldü. Buradan bilmədən uşaqlar da keçə bilər və onlara zərər dəyəcək. Müvafiq qurumlara xəbər vermişəm, amma hələ də tədbir görülməyib".
Edilən geridönüşlərə görə, xəttin bərpası bir müddət vaxt aparacaq.