SÜJET
Gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran şəhəri yaxınlığından keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsində həlak olan digər şəxsin də kimliyi məlum olub.
Yurd.Media "Qafqazinfo"ya istinadən xəbər verir ki, ölən digər şəxs sürücü Akif Zeynalzadənin həyat yoldaşı Dinara Zeynalzadə olub. Onların bir övladları var. D.Zeynalzadə ikinci övladına hamilə olub.
Əlavə edək ki, A.Zeynalzadə Vətən müharibəsi qazisi idi.
12:22
Şabran rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.
Yurd.Media-nın məlumatına görə, hadisə Bakı – Quba – Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, “Renault” markalı minik avtomobilinin və TIR-ın toqquşması nəticəsində avtomobilin sürücüsü və qadın sərnişin aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.
Qəzaya səbəb kimi minik avtomobilinin qarşı hərəkət zolağına çıxması göstərilir.
Faktla bağlı araşdırma aparılır.