Şabranda eyniadlı çayın kənarında meyiti tapılan 63 yaşlı neftçi ilə bağlı bəzi təfərrüat məlum olub.
Yurd.Media Bizim.Media-ya istinadla xəbər verir ki, Siyəzən Neft və Qazçıxarma İdarəsinin işçisi Füzuli Paşayevin həmin gün istirahət günü imiş. O, yaşadığı kənddə tərəvəz sahəsində işləyərkən güclü selə məruz qalıb və həyatını itirib.
Mərhumun ailə üzvləri onun evə qayıtmadığını görüb Şabran Rayon Polis Şöbəsinə müraciət ediblər.
Qızının müraciəti əsasında Şabran polisi tərəfindən Şabrançayın Düzbilici kəndi ərazisində həyata keçirilən axtarış tədbirləri nəticəsində Füzuli Paşayevin meyiti tapılıb və ailəsinə təhvil verilib.
18:38
Şabranda çayda daha bir nəfərin meyiti tapılıb.
Yurd.Media APA-ya istinadən xəbər verir ki, meyiti tapılan şəxsin Siyəzən Neft və Qazçıxarma İdarəsinin əməkdaşı, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayev olduğu bildirilir.
Meyit Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb. Onun seldə boğulduğu bildirilir.
Fakt araşdırılır.
10:32
Ötən gün Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Yurd. Media xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.