SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Şabranda ağır qəza: Niva iki yük maşınını bir birinə vurdu

Şabranda ağır qəza: "Niva" iki yük maşınını bir birinə vurdu

  • 28 iyun 2025, 20:56
Şabran

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonunun Günəşli kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yurd.Media xəbər verir ki, "Niva" markalı minik avtomobili "Kamaz" markalı yük avtomobili ilə toqquşub, daha sonra isə, "Kamaz" qarşıdan gələn "Atego" markalı yük avtomobilinə çırpılıb.

Hadisə zamanı 3 nəfər ağır xəsarətlər alıb. "Niva"nın ağır yaralanan sürücüsü Əmrulla Ağakişiyev deformasiyaya uğrayan avtomobildən çıxarılaraq Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.

Digər iki sürücü, Elnur Cəbrayılov və Samir Ağayev isə, Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb, onların da vəziyyəti ağır qiymətləndirilir.

Qəzaya "Niva" markalı nəqliyyat vasitəsinin manevr qaydalarını pozmasının səbəb olduğu bildirilir. Hadisə yerinin avtotexniki ekspertizası aparılıb, araşdırmalar davam etdirilir.

Prime Leasing