SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
“Rabitəbank” 19 min manata görə 82 min manatlıq mənzili satdırır – MƏHKƏMƏ İŞİ

“Rabitəbank” 19 min manata görə 82 min manatlıq mənzili satdırır – MƏHKƏMƏ İŞİ

  • 21 noyabr 2025, 14:28
Bakı

“Rabitəbank” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən müştərisinə qarşı mülki iddia üzrə araşdırma aparılır.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bank tərəfindən borcluya qarşı 19 min 300 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasına nail olunub.

Əvvəlcə borclunun "Volkswagen Tiquan" markalı avtomobilinin satılması qərara alınıb. Lakin qiymətləndirici şirkət tərəfindən avtomobilə texniki baxış keçirilən zaman yararsız olması müəyyən edilib.

Bu səbəbdən də “Rabitəbank” borcun ödənilməsi üçün məhkəməyə müraciət edib, borc tələbinin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 189 saylı evin 19 saylı mənzilinə yönəldilməsi qərara alınıb. Qiymətləndirmə yolu ilə mənzilin bazar dəyərinin 73 min 600 manat olması müəyyən edilib. Məhkəmənin qərardadı ilə təyin olunmuş iş üzrə müstəqil qiymətləndiricinin verdiyi rəydən də məlum olub ki, mənzilin real qiyməti 82 min manat, likvid dəyəri 73 800  manat təşkil edib.

Borclu şəxs işlə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib, iş davam etdirilir.

Prime Leasing
SPE Annual Caspian