Qubada evin bir hissəsi külə döndü

Qubada evin bir hissəsi külə döndü

  • 02 may 2025, 09:40
Quba

Qubada 5 otaqlı ev yanıb.

Bu barədə Yurd.Media-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 100 m² sahədə yanıb. Yüksək temperaturdan bitişik sahəsi 30 m² olan talvarın lambirdən ibarət tavanı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.