SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
İsmayıllıda dağda zədələnən qadın xilas edilib

İsmayıllıda dağda zədələnən qadın xilas edilib

  • 26 iyun 2025, 22:02
İsmayıllı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonunda dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Nazirlikdən Yurd.Media- bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, dağlıq ərazidə 1962-ci il təvəllüdlü qadının ayağından zədə alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Prime Leasing