SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Mingəçevirli qadın körpəsini Tovuzda kirayədə qaldığı evdə ataraq gedib - FOTO

Mingəçevirli qadın körpəsini Tovuzda kirayədə qaldığı evdə ataraq gedib - FOTO

  • 15 mart 2026, 13:11
Tovuz

Tovuz rayonunda Mingəçevir şəhər sakini, Nuranə Əhmədova 3 aylıq qızını kirayədə qaldığı yaşlı bir qadının evində ataraq gedib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, N.Əhmədova kirayədə qaldığı evin sahibi olan yaşlı qadına bir neçə günlük işi olduğu, ona qədər körpəsinə baxmasını xahiş edib və gedib.

Lakin yaşlı qadın onun geri qayıtmadığını görüb və polisə məlumat verib.

Körpə polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib və həkimlərin nəzərətinə alınıb.

Onun sığınacağa yerləşdirilməsi planlaşdırılır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Tovuz Rayon Polis Şöbəsinə Mingəçevir şəhər sakini Nuranə Əhmədovanın himayəsində olan körpəni kirayə qaldığı ev sahibinə verərək getməsi və bir daha geri qayıtmaması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən körpə ixtisaslaşdırılmış xəstəxanaya yerləşdirilib, anasının yerinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları