SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Yevlaxda ailənin kabusuna çevrilən arx: İkinci uşaq da boğulub öldü

Yevlaxda ailənin kabusuna çevrilən arx: İkinci uşaq da boğulub öldü

  • 13 mart 2026, 12:34
Yevlax

Yexlax şəhərində çirkab sular axan arx bir ailənin ikinci faciəsinə çevrilib.

Yurd.Media xəbər verir ki, bir ailənin 2-ci uşağı da Üzeyir Hacıbəyli küçəsində olan həmin arxa düşərək dünyasını dəyişib.

8 uşaqlı ailənin ən kiçik övladı olan 1 yaş 4 aylıq oğlan küçədə çirkab sular axan arxa düşüb. Bu zaman azyaşlının digər qardaşı hadisə barədə anasına xəbər verib. Yaxınları uşağı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Şəhərin Üzeyir Hacıbəyli küçəsində yaşayan sakinlər bildiriblər ki, baş verən bədbəxt hadisə ərazidə ilk deyil. Bir neçə il öncə həmin ailənin azyaşlı övladlarından biri də bu arxa düşərək həyatını itirib. Küçənin kanalizasiya sularının axıdıldığı arx artıq sakinlərin kabusuna çevrilib.

Məlumata görə, 8 uşaqlı ailənin başçısı Məhəmməd Bəkirov 8 ay öncə xəstəlikdən dünyasını dəyişib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları