SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Mingəçevirdə çoxmərtəbəli binada yanğın - VİDEO

Mingəçevirdə çoxmərtəbəli binada yanğın - VİDEO

  • 13 sentyabr 2026, 17:55
Mingəçevir

Mingəçevir şəhərində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 15-dən çox sakinə tibbi yardım göstərilib, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Yurd.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhərində yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın şaxtasında elektrik kabellərində baş vermiş yanğın genişlənməsinə və mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində liftin şaxtası boyu 30 p.m elektrik kabeli yanıb. Mənzillər yanğından mühafizə edilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Hadisə zamanı tüstüdən zəhərlənən və təxliyə olunarkən xəsarət alan sakinlərə dərhal əraziyə cəlb edilən təcili tibbi yardım briqadaları tərəfindən ilkin yardım göstərilib.

Xəsarət alanlardan 2004-cü il təvəllüdlü hamilə qadın Aytən Mustafayeva, 2006-cı il təvəllüdlü Şamxal Məmmədov və yıxılaraq xəsarət alan daha bir sakin təcili tibbi yardım avtomobili ilə xəstəxanaya təxliyə edilib.

Hazırda tibb heyəti tərəfindən hadisə yerində digər sakinlərin müayinəsi və tibbi yardımın göstərilməsi işləri davam etdirilir.

Skat.az - Ev və Avtomobil elanları