Bakı-Qazax magistral yolunun Goranboy rayon ərazisindən keçən hissəsində avtomobillər toqquşub, xəsarət alanlar var.
Yurd.Media xəbər verir ki, "Reno" və "Ford" markalı avtomobillərin toqquşması nəticəsində, 2001-ci il təvəllüdlü L.Məhərrəmova, 1960-cı il təvəllüdlü B.Həsənov və 1977-ci il təvəllüdlü G.İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
