SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Goranboyda kişi 33 yaşlı oğlunu bıçaqlayaraq öldürüb - FOTO

Goranboyda kişi 33 yaşlı oğlunu bıçaqlayaraq öldürüb - FOTO

  • 02 avqust 2026, 08:19
Goranboy

Goranboy sakini öz oğlunu qətlə yetirib. 

Yurd.Media xəbər verir ki, Goranboy şəhərində 33 yaşlı Elvin Aslanov münaqişə zəminində bıçaqlanaraq qətlə yetirilib. 

Hadisəni törətməkdə şübhəli bilinən isə onun atası, 57 yaşlı Ş.Aslanovdur.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Şahin Aslanov saxlanılaraq istintaqa təhvil verilib. 

Qeyd edək ki, qətlə yetirilən Elvin Aslanov fitnes müəllimi olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları