SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Mədinə məzun olacaqdı... - Yevlaxda qəfil ölən yeniyetmə qızın atası

"Mədinə məzun olacaqdı..." - Yevlaxda qəfil ölən yeniyetmə qızın atası

  • 30 iyul 2026, 22:38
Yevlax

Mədinə növbəti dərs ilində məzun olacaqdı. Çox təəssüf qismət olmadı, arzuları yarımçıq qaldı.

Yurd.Media xəbər verir ki, bunu Bakıvaxtı.az-a açıqlamasında Yevlaxda qida zəhərlənməsindən dünyasını dəyişən 16 yaşlı Mədinə  Əzizovanın atası Xalid Əzizov söyləyib.

Əzizovlar ailəsinin 4 övladı var. Dünyasını dəyişən Mədinə növbəti dərs ilində məzun olacaqdı:

"Çox təəssüf qismət olmadı, arzuları yarımçıq qaldı. Hələ də özümüzə gələ bilmirik. Nəyin necə baş verdiyini tam anlaya bilməmişik”, - deyir ata.


Onun sözlərinə görə, qəzə xalasıgildə badımcan yeyib:


"Bir müddət sonra halı pisləşib və qaytarmağa başlayıb. Durumunun ciddiliyini görən doğmalarımız onu xəstəxanaya çatdırıb. Amma ilkin müayinə zamanı övladımın yolda keçindiyi məlum olub. Müayinə və analizin yekunlarını gözləyirik görək Mədinə nədən, məhz hansı qidadan zəhərlənib".

Mədinə Əzizovanın evdə bişirilən qidadan deyil, mağazadan alınan suxarıdan zəhərləndiyi barədə də iddialar dolaşır. Xalid Əzizov da hesab edir ki, mağazadan alınan qida təsir etmiş ola bilər:


"Amma bu iddialara rəsmi formada aydınlıq gətirildikdən sonra cavab tapa biləcəyik”.


Qeyd edək ki, Yevlax sakini, 2010-cu il təvəllüdlü sakin Mədinə Əzizova qida zəhərlənməsi şübhəsi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən dünyasını dəyişib. 16 yaşlı gəncin qida zəhərlənməsindən öldüyü ehtimal edilir.


Faktla bağlı araşdırma aparılır.


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 16 yaşlı gəncin qida zəhərlənməsi şübhəsi ilə öldüyü ehtimal edilən hadisəni nəzarətə götürüb.


Bildirilib ki, hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AQTA mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb:


"Yevlaxda baş verən hadisə nəzarətdədir. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları