SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Göyçayda avtomobil motosikletlə toqquşub, ölən var

Göyçayda avtomobil motosikletlə toqquşub, ölən var

  • 26 iyun 2025, 16:02
Göyçay

Göyçayda “VAZ-2107” markalı avtomobil motosikletlə toqquşub.

Yurd.Media xəbər verir ki, hadisə bu gün saat 14 radələrində Göyçay şəhəri ərazisində baş verib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan motosikletin sürücüsü, 1997-ci il təvəllüdlü Kamil Abdullayev xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.

Prime Leasing