SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Daşkəsəndə həlak olan gizir dəfn edilib - YENİLƏNİB

Daşkəsəndə həlak olan gizir dəfn edilib - YENİLƏNİB

  • 26 iyun 2025, 11:05
Daşkəsan

Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn olunub.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, Azərbaycan Ordusunun giziri, Zaqatala rayon sakini Sadiq Əsgərov doğulub boya-başa çatdığı Qımır kəndində dəfn edilib.

Hərbi qulluqçunun dəfn mərasimində qulluq etdiyi hərbi hissənin bir qrup zabit və əsgəri, Zaqatala rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyəti və mərhumun yaxınları iştirak edib.

*** 09:51

Daşkəsəndə ordumuzun hərbçisi vəfat edib.

Yurd.Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, Zaqatala rayonundan olan gizir 1986-cı il təvəllüdlü Sadiq Əsgərov “Ural” markalı hərbi nəqliyyat vasitəsinin altında qalaraq həyatını itirib.

Mərhumun Zaqatalanın Qımır kəndindən olduğu və 3 övladının qaldığı bildirilib.

Allah rəhmət eləsin!

Prime Leasing