SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Qoşqusunda 21 ton yük olan maşın yanıb - VİDEO

Qoşqusunda 21 ton yük olan maşın yanıb - VİDEO

  • 27 may 2025, 10:36
Ucar

Ucar rayonu, Ramal kəndi ərazisində yük avtomobilində yanğın baş verib.

Yurd.Media xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Ucar rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Mercedes” markalı yük avtomobilində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yük avtomobilinin kabin hissəsi və qoşqusunda olan 21 ton yükün 3 tonu yanıb. Yük avtomobilinin qoşqusu və oradakı yükün böyük hissəsi yanğından mühafizə olunub.

Prime Leasing