Qobustanda körpüyə ciddi ziyan dəyib

Qobustanda körpüyə ciddi ziyan dəyib

Qobustan

Qobustan rayonu Poladlı kəndində sel körpünü qəzalı vəziyyətə salıb.

"Yurd.Media" xəbər verir ki, bu səbəbdən rayon mərkəzi ilə hərəkət məhdudlaşdırılıb. "Baku TV"yə danışan sakinlər bildirir ki, uşaqlar məktəbə gedə bilmirlər:

"Keçən il də sel körpünü zədələmişdi. Dəfələrlə sel gəldi və körpü qəzalı vəziyyətə düşdü".

Poladlı kənd bələdiyyəsinin sədri Şaiq Əsədov bildirir ki, yağan güclü yağışlar nəticəsində Qobustan rayon Poladlı kəndinin əsas körpüsü çökmüş vəziyyətdədir. Hal hazırda balaca maşınlar üçün qismən keçid yaradılmışdır.

Onun sözlərinə görə, fövqəladə hallar komissiyasının sədri əraziyə mütəmadi baxış keçirir.