SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Qəzaya görə Səməd Seyidovun köməkçisi də işdən çıxarıldı

Qəzaya görə Səməd Seyidovun köməkçisi də işdən çıxarıldı

  • 08 fevral 2026, 20:09

Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisinin işdən çıxarıldığı bildirilir.

Yurd.Media "Demokrat.az"a istinadən xəbər verir ki, buna səbəb bir neçə gün əvvəl Qazax rayonunda sərxoş məmurların törətdiyi qəzadır.

Qəza ilə bağlı ilk növbədə Qazax İH başçısının köməkçisi Süleyman Axundov işdən azad edilərək digər şəxslər məsuliyyətdən yayındırılmışdı.

Lakin hadisə şahidləri və media mənbələri qəzada digər şəxslərin də iştirakını israrla iddia edirdi.

Belə ki, hadisədəki avtomobilin icra hakimiyyətinin sabiq əməkdaşı, hazırda Qazax RMX-da işləyən Məmmədov Hacıalı Ramiz oğluna məxsus olduğu, qəza vaxtı isə maşını Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirovun idarə etdiyi bildirilirdi.

Məsələ ilə bağlı saytımızda gedən məlumatdan sonra Səməd Seyidovun köməkçisi Akif Əmirovu işdən azad etdiyi bildirilir. Artıq Akif Əmirovun adı Milli Məclisin saytında Səməd Seyidovun köməkçisi ilə bağlı qeyd hissəsindən də silinib.

Məsələ ilə bağlı adı hallanan Akif Əmirova müraciət etsək də, o növbəti dəfə heç bir açıqlama verməyərək susmağa üstünlük verdi.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları